Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
MAARİF FƏDAİSİ

0

  •                  Xocalı rayonunun Kosalar kəndi ziyalı elitası ilə seçilib - sayılan bir kəndir. Həmin ziyalılardan biri,
    uzun illər təhsil sayəsində qüsursuz fəaliyyət göstərən, Qarabağ müharibəsinin iştirakçısı, bu müharibəyə 3 döyüşçü oğul verən Maarif İbrahim oğlu Quliyevdir. 
                    Quliyev Maarif İbrahim oğlu 1935 - ci ildə Kosalar kəndində anadan olub. 1953 - cü ilə Kosalar kəndində müəllimlik fəaliyyətinə başlamışdır. Balı Dövlət Universitetini bitirib. 1965 - ci ildən məktəb direktoru kimi fəaliyyətə başlayan Maarif müəllim  düz 56 il fasiləsiz Kosalar kənd orta məktəbinə rəhbərlik etmişdir.
                   Maarif müəllimin rəhbərlik etdiyi təhsil ocağı nümunəvi iş rejiminə görə həmişə yüksək səviyyədə dayanmışdır.
                   Qarabağ müharibəsi başlayan gündən erməni vəhşiliklərinə qarşı dönməz mübarizə aparmış, ağsaqqal kimi Kosaların qorunmasında yorulmadan, var gücü ilə çalışanlardan biri olmuşdur.
                   Səmimi, işgüzar, əməksevər, vətənpərvər, metodiki cəhətdən hazırlıqlı olan Maarif müəəlim yeniyetmə və gənclərin inkişafında əzmlə çalışmış, qarşısına çıxan maneələri mərdanə dəf etməyi bacarmışdır.
                   İşlədiyi uzun illər ərzində bir dəfə də olsun işində nöqsana yol verməmiş, əksinə həmişə təltif olunanların sırasında dayanmışdır. Onun yetirmələrinin sorağı respublikamızın ən yüksək sahələrindən gəlir.
                  Bu qocaman maarif fədaisi 3 oktyabr 2008 - ci ildə " Müəllim günü " münasibəti ilə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
                  Amansız ölüm Maarif müəllimi sıramızdan apardı. Maarif müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
                  Allah rəhmət eləsin.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib52 dəfə
    MAARİF FƏDAİSİ

    Maraqlı gələ bilər
    86
    28
    40
    36
    0
    32
    31